XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Mühəndis fizikası və elektronika kafedrasının müdiri Türkiyədə səfərdə olub

2024-01-22
323
Xəbərlər

Mühəndis fizikası və elektronika kafedrasının müdiri f.e.d.. professor Mətanət Mehrabova "Erasmus" proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində mübadilədə iştirak edib. 

Səfər çərçivəsində o, Qazi Universitetinin  Fizika, Kompyuter mühəndisliyi, Elektrik və elektronika, Memarlıq kafedralarında tədris və tədqiqat prosesləri ilə tanış olub, seminarlar keçirib, birgə tədqiqatların aparılması imkanlarını müzakirə edib.

Mətanət Mehrabovanın Qazi Universitetinin Fizika kafedrasında keçirilən “Yarımmaqnit yarımkeçiricilər və onlar əsasında strukturların cihazqayırmada və elektronikada tətbiq imkanları” adlı təqdimatı maraqla dinlənilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.    

Kafedra müdiri həmçinin Türkiyənin "İNVAMED" şirkətində olub, orada hazırlanan və dünyanın bir çox ölkələrinə satılan biotibbi avadanlıqlara baxış keçirib, birgə əməkdaşlıq barədə müzakirələr aparıb.