XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-da “Şəhərdaxili hərəkət və Davamlı Mobillik: WUF13-ə Doğru” adlı beynəlxalq seminar və ekspert panel müzakirəsi keçirilib

2025-12-01
4
Xəbərlər

Azərbaycan Texniki Universitetində (AzTU) “Şəhərdaxili hərəkət və davamlı mobillik: WUF13-ə doğru” adlı beynəlxalq seminar və ekspert panel müzakirəsi keçirilib. Tədbirdə elm və təhsl nazirinin müşaviri Nicat Məmmədli, Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Türkiyə və Özbəkistan universitetlərinin rektorları, Qazaxıstan universitetinin professoru, həmçinin “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsində tərəfdaş olan 44 şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev tədbirin əhəmiyyətindən danışıb.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru professor Fuad Daşdəmirov “Şəhərdaxili mobillik planı: ictimai nəqliyyat, mikro və makromobillik üzrə nəticələr, çağırışlar və WUF13 kontekstində dayanıqlı perspektivlər”, Gazi Universitetinin Avtomotiv mühəndisliyi bölümünün rəhbəri professor Mesut Düzgün “Elektrikli nəqliyyat vasitələrinin inkişafı və sahə üzrə kadr hazırlığının zəruri aspektləri”, Özbəkistanın Daşkənd Perfect Universitetinin rektoru professor Daurenbek İlesaliev “Gülüstan şəhərinin müasir nəqliyyat modeli: təhlil, modelləşdirmə və layihə həlləri”, Qazaxıstanın Karaganda Texniki Universitetinin Sənaye nəqliyyatı kafedrasının professoru Oyum Balabayev “Karaganda aqlomerasiya bölgəsində nəqliyyat mobilliyinin monitorinqi” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə iştirak edən qonaqlar həmçinin Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası ilə tanış olublar. Kafedranın maddi texniki bazası qonaqlara nümayiş etdirilib. Daha sonra Gazi Universitetinin Avtomotiv mühəndisliyi bölümünün rəhbəri prof. Mesut Düzgün “Elektrikli nəqliyyat vasitələrinin inkişafı və sahə üzrə kadr hazırlığının zəruri aspektləri” mövzusunda təqdimatla çıxış edib.

Görüşdə Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının əməkdaşları və  nəqliyyat mühəndisliyi ixtisasında təhsil alan tələbələr iştirak edib.