Nəqliyyat və logistika Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası

Kafedra müdiri




“Nəqliyyat texnikası və idarəetmə texnologiyaları” kafedrasının müdiri"

t.ü.f.d., dosent Nicat Rəsul oğlu Zöhrabov

Tel: (+99412) 538 33 44

E-poçt: nicatzohrabov@aztu.edu.az

Nicat Rəsul oğlu Zöhrabov 1978-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 89 saylı orta məktəbi fərqlənmə ilə bitirib.

Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisasına daxil olub.1999-cu ildə universiteti bitirib bakalavr dərəcəsi alıb. Həmin ildə təhsilini magistratura pilləsində davam etdirmişdir. 2001-ci ildə Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə magistr dərəcəsi alıb.

N.R. Zöhrabov 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin magistratura pilləsini bitirdikdən sonra Dəmiryol nəqliyyatının istismarı kafedrasına laborant vəzifəsinə işə qəbul olunmuşdur. Kafedrada aktiv fəaliyyətinə görə 2005 – 2006-cı illərdə baş laborant, 2006 – 2009-cu illərdə laboratoriya müdiri vəzifələrini icra etmişdir.

2009 cu ildə kafedranın assistenti vəzifəsində işləyib.

2012-ci ildə müsabiqədən keçərək baş müəllim vəzifəsinə seçilib.

2018-ci ildə fəlsəfə doktorluğu proqramı üzrə dissertasiyasını müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2021-ci ildə Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti vəzifəsinə seçilib.

2025-ci ilin 18 oktyabrından Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri vəzifəsini icra edir.

70-ə yaxın elmi əsərin, 1 kollektiv monoqrafiyanın, 2 dərsliyin və 6 dərs vəsaitinin, xaricdə nəşr olunan 5 məqalənin və 4 konfrans materialının müəllifi və ya həmmüəllifidir.

2018-2021 ci illərdə Erasmus K+ (Crisis and Risks Engineering for transport services (CRENG)) layihəsinin iştirakçısı olub.

Ailəlidir. 2 övladı var.