XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının əməkdaşları Özbəkistanda səfərdə olub

2025-12-23
28
Xəbərlər

14–20 dekabr 2025-ci il tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri dosent Nicat Zöhrabov, dosent Ramin Aslanov və assistent Royal Allahverdiyev, Logistika və Nəqliyyat İnstitutunun direktoru dosent Fuad Daşdəmirov, böyük elmi işçi Ülvi Cavadlı, həmçinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Elməddin Salayev mübadilə proqramı ilə Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetində səfərdə olub.

Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin elektrik nəqliyyat vasitələri üzrə ixtisaslaşdırılmış fənlərin tədrisi və bu sahədə elmi-tədris fəaliyyətinin inkişaf perspektivləri, beynəlxalq indeksli elmi jurnallarda birgə məqalələrin hazırlanması və dərc olunması imkanları, qrant layihələrində tərəfdaşlıq əsasında birgə iştirak və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, ortaq təcrübə proqramlarının təşkili istiqamətlərində razılıq əldə olunub.

Nümayəndə heyəti tərəfindən Daşkənd Dövlət Nəqliyyat Universitetində bir sıra elmi-praktik seminarlar keçirilib. Həmçinin universitetin laboratoriyaları və maddi – texniki bazası AzTU nümayəndə heyətinə təqdim olunub.