Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu (ƏDTİ) ilə əməkdaşlığı çərçivəsində ƏDTİ-nin Avtomobil mühəndisliyi və nəqliyyat, həmçinin Nəqliyyat logistikası kafedralarının əməkdaşları Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının qonağı olub.
Görüş zamanı əməkdaşlıq məsələləri müzakirə olunub, kafedrada fəaliyyət göstərən laboratoriyalar barədə məlumat verilib.