Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “XXI əsr müəllimin rolunu necə dəyişdi?” mövzusunda vebinar keçirilib.
Vebinar çərçivəsində keçirilən təlimlərdə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova ölkəmizdə xarici dillərin tədrisi sahəsində beynəlxalq təcrübəyə əsaslanan təhsil proqramlarına marağın artığını vurğulayıb.
Həmçinin kafedranın gənc müəllimləri Famil Məmmədov, Rəşid Sultanov, Nəsrin Hacıyeva müasir tədris prosesində kommunikativ dil tədrisi (CLT), tapşırıqəsaslı öyrənmə (TBL), qrammatika-tərcümə metodu (GTM) və texnologiyanın tətbiqi kimi müxtəlif metodlardan istifadə yolları, birgə təlim, layihə əsaslı metodika, yeni informasiya texnologiyalarından, həmçinin internet resurslarından istifadə kimi müasir pedaqoji texnologiyalar barədə məlumat veriblər.