XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Energetika fakültəsində elmi-metodik seminar keçirilib

2025-11-21
27
Xəbərlər

Energetika fakültəsində elmi-metodiki fəaliyyətin müasir tələblərə uyğun yerinə yetirilməsi ilə bağlı “Elmi-metodik fəaliyyətin optimallaşdırılması tələblərinin yerinə yetirilməsi yolları” mövzusunda elmi – metodiki seminar keçirilmişdir. Seminarda fakültənin müvafiq kafedralarında fəaliyyət göstərən professor-müəllim heyəti iştirak edib. Fakültə dekanı profssor Hüseynqulu Quliyev seminarın məqsədini, fakültə əməkdaşlarının elmi-metodik fəaliyyətinin əsas məqamlarını iştirakçıların diqqətinə çatdırıb.

Sonra Mühəndis fizikası və elektronika kafedrasının professoru Naxçıvan Səfərov təlim dizaynı, onun prinsipləri, əsas komponentləri, fənlərin təlimi dizaynında əsas məqamlar, dərslik, dərs vəsaitinə, metodik göstərişlərə verilən tələblər, fizika fənninin tədrisi nümunəsində məşğələ dərslərinin yerinə yetirilmə strategiyası, süni intellektin təlim dizaynına təsiri, təlim dizaynı və tədris proqramının fərqli xüsusiyyətləri  kimi məsələlərə dair zəruri məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Sonda professor Naxçıvan Səfərov təlim dizaynına süni intellekt əsaslı yeni yanaşma tərzini təklif edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.