XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Yoxsulluq, bərabərsizlik və inkişaf” mövzusunda seminar keçirilib

2026-04-06
190
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının dosenti Rüxsarə Seyfullalı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “Yoxsulluq, bərabərsizlik və inkişaf” mövzusunda seminar keçirib.

Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 1-ci istiqaməti (Yoxsulluğa son – SDG1) və 10-cu istiqaməti (Bərabərsizliyin azaldılması – SDG 10) inklüziv inkişafın qlobal çərçivəsini təşkil edir. İnklüziv inkişaf həm Ümumi Milli Gəlirin (ÜMG) artması, həm də bu artımın əhalinin əksəriyyəti tərəfindən yaradılması və hər kəsə bərabər fayda verməsi deməkdir. Müasir yanaşmada yoxsulluq təkcə gəlir azlığı deyil, həm də təhsil və sağlamlıq məhrumiyyətlərini əhatə edən Çoxmeyarlı Yoxsulluq İndeksi (ÇYİ) ilə ölçülür. Yoxsulluqla mübarizədə dörd əsas siyasət sahəsi mühüm hesab olunur: istehsal amili qiymətlərinin düzəldilməsi, aktivlərin yenidən bölgüsü, mütərəqqi vergitutma və birbaşa transferlər. İqtisadi artım yoxsulluğun azaldılması üçün zəruri olsa da, inklüzivlik təmin edilmədikdə sosial rifahın tam şəkildə formalaşması mümkün olmur.

Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.