|
Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri t.ü.f.d, dosent Hüseynov Səyami Sənani oğlu Tel.: +994 12 525 24 06 E-poçt: sayami.huseynov@aztu.edu.az
Hüseynov Səyami Sənani oğlu 24 avqust 1982-ci ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Materialşünaslıq və yeni materialların texnologiyası ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə həmin ixtisas üzrə magistr təhsili almışdır. 2006-cı ildə Materialşünaslıq ixtisası üzrə əyani aspiranturaya qəbul olunmuş, 2010-cu ildə Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən D 02.141 saylı Dissertasiya Şurasında 05.02.01 – Materialşünaslıq (ovuntu metallurgiyası və kompozisiya materialları üzrə) ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Fiziki-kimyəvi analiz metodları mərkəzləşdirilmiş elmi-tədqiqat laboratoriyasında elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin 3312.01 – Materiallar texnologiyası ixtisası üzrə elmlər doktoru proqramının doktoranturasına qəbul olunmuşdur. 2015-2016-cı illərdə Erasmus Mundus EMINENCE II layihəsi çərçivəsində Polşanın Poznan şəhərində yerləşən Adam Mickiewicz Universitetində postdoktorant tədqiqatçı kimi fəaliyyət göstərmişdir. 2016-2025-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Materialşünaslıq və emal texnologiyaları kafedrasında dosent vəzifəsində çalışmış, 2016-2021-ci illərdə Nanomateriallar və nanotexnologiyalar elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur. 2021-ci ildə universitet rektorunun müşaviri vəzifəsində fəaliyyət göstərmiş, 2021–2025-ci illərdə isə inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışmışdır. 2025-ci ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və materiallar texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var. |