Energetika və avtomatika Mühəndis fizikası və elektronika kafedrası

Bakalavriat




Kafedrada bakalavr səviyyəsində 1 ixtisas üzrə kadr hazırlanır.

 

İxtisas: 050630 - Mühəndis fizikası

 

Mühəndis fizikası ixtisası haqqında məlumat:

Mühəndis fizikası ixtisasının birirən kadr müxtəlif fiziki proseslər əsasında işləyən cihaz və qurğuları layihələndirən və quran, ölçmə və sınaq üsullarını yaradan, avadanlıqların praktikaya tətbiq olunma üsullarını və texniki sistemlərin nəzəri modellərini xalq təsərrüfatının bir çox sahələrində nanotexnologiya və IT sənayesindən nüvə cihazları və robototexnikaya qədər bütün sahələrdə tətbiq olunmasını təmin etmək bacarığına malik mütəxəssisdir.

Mühəndis-fiziklər dünyanın fiziki qanunlarını dərk edən və əldə edilən məlumatlar əsasında müxtəlif cihazların və onların texniki modellərini quran ilk tədqiqatçılar adlandırıla bilər. Mühəndis fiziklər tərəfindən dünyada, orta hesabla hər 100 ildən bir yalnız elmi nəzəri sahələrdə deyil, həmçinin optikadan və hidrodinamikadan tutmuş, elektrotexnika və atom elektroenergetikasına qədər olan kəşflərin praktikaya tətbiqinə nail olunur.

Mühəndis-fizik peşəsinin mahiyyəti nəzəri tədqiqatların nəticələrinin müxtəlif praktik sahələrdə tətbiqi üçün texniki dəstəkdir. Buna nail olmaq üçün mühəndislər istehsalatda istifadə ediləcək fiziki prosesləri simulyasiya edir, test sistemlərini dizayn edir, alətlər və texniki cihazlar hazırlayır, həmçinin onlar üçün proqram təminatı yaradır. Mühəndis-fizilərin fəaliyyəti xalq təsərrüfatının bir çox sahələrində tələb olunur.

Ən mütərəqqi sahələr arasında:

• nüvə fizikasını;
• eksperimental fiziki tədqiqatlar üçün obyektlərin dizaynı daxil olmaqla cihazları;
• hidrodinamik proseslərin, istilik və kütlə mübadiləsinin, aşağı dərəcəli istiliyin və s. tətbiqi tədqiqi ilə istilik fizikasını;
• müxtəlif fiziki meyarlara uyğun texnologiyaların tətbiqi ilə materialların yaradılması: kompozit, nano ölçülü, yanma rejimində və s.- materialşünaslığı;
• radiofizikanı;
• nanoelektronikanı;
• optikanı;
• robototexnika və kibernetikanı;
• ixtisaslaşdırılmış proqramlaşdırma.

Gələcək peşəkar Mühəndis fizik şəraitdən asılı olaraq karyerasının başlanğıcında kosmik sənayesi, müdafiə kompleksi, nüvə enerjisi və İT sektorunu əhatə etdiyi ən perspektivli sahələrin seçilmə imkanına malik olur. Bu sahələrin hər birində həm elmi, həm də praktiki yollarla fəaliyyət göstərmək və nailiyyətlər əldə etmək olar. Bütün Dünyada, o cümlədən, Respublikamızda mühəndis-fiziklərə tələb çox yüksəkdir və müasir elmi texniki tərəqqinin sürətini nəzərə alaraq bu tələbatlar durmadan artacaqdır. İri dövlət və özəl müəsisələrlə yanaşı orta və kiçik firmaların inkişaf prosesində də yüksək dərəcədə ixtisaslaşmış nəzəri və praktiki hazırlıqlı mühəndis-fiziklərə böyük ehtiyac vardır.