İnformasiya və telekommunikasiya texnologiyaları Radiotexnika və telekommunikasiya kafedrası ?>

Xarici əlaqələr




Kafedranın elmi əlaqələri:

Kafedranın AMEA-nın kafedranın profilinə uyğun digər elmi-tədqiqat intstitutları ilə də sıx əlaqəsi mövcuddur: İnformasiya Texnologiyaları İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri (Kibernetika) İnstitutu, Kimya İnstitutu, Energetika İnstitutu, Kosmik Tədqiqatlar İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Fizika İnstitutu, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəssisələri.

Eyni zamanda kafedranın əsasən aşağıdakı ali məktəblərlə elmi əlaqələri mövcuddur:

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Gəncə Texnologiya İnstitutu, Mingəçevir Politexnik İnstitutu və s.

Kafedranın istehsalat müəssisələri ilə əlaqəsi:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur müəssisələri ilə, o cümlədən, “Azərkosmos” ASC, “AzTELEKOM” MMC, “BAKTELEKOM” MMC, “RİSK” EİM, “BAKİNİTY”, “ULTRA”, “MAYBO” və s. kimi böyük milli infotelekommunikasiya sahəsində çalışan şirkətlər ilə əməkdaşlıq edir.

Xarici ölkələrlə elmi əlaqələri:

Xarici ölkələrlə elmi əlaqələr müntəzəm halda həyata keçirilir.

Kafedranın Rusiyanın, Belarusun, Avstriyanın, Yunanıstanın, Ukraynanın, İngiltərənin və Türkiyənin aparıcı niversitetləri və elmi-tədqiqat İnstitutları ilə sıx əməkdaşlıq edir. Kafedra Moskva Rabitə İnstitutu, Povoljsk Dövlət Telekommunmkasiya və İnformatika Akademiyası, Kiyev Milli Texniki Universiteti, Belarus Rabitə Akademiyası, Moskva Rabitə və İnformatika Universiteti, Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti, Taqanroq Radiotexnika Universiteti, Moskva Rabitə və İnformatika Texniki Universiteti, Odessa Milli Rabitə Akademiyası, A.S.Popov adına Milli Rabitə Akademiyası, Sankt-Peterburq Elektrotexnika Universiteti, Sibir Dövlət Telekommunikasiya Universiteti, M.Tinişbayev adına Qazaxıstan Nəqliyyat və Kommunikasiya Akademiyası, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Belarus Dövlət Rabitə Akademiyası, Belarusiya və Radioelektron Universiteti, Belarus İnformasiya Texnologiyaları İnstitutu, Vyana Texnologiya İnstitutu, London, Oksford və Kembric Universitetləri və s. ilə sıx elmi və tədris-metodiki əlaqələri vardır.

Kafedra Avropa Komissiyası və NATO-nun kibertəhlükəsizlik qurumları ilə də sıx əlaqədədir.