![]() |
“Nəqliyyat texnikası və idarəetmə texnologiyaları” kafedrasının müdiri t.ü.f.d., dosent Nicat Rəsul oğlu Zöhrabov Tel: (+99412) 525-24-06 daxili nömrə 2120 E-poçt: nicatzohrabov@aztu.edu.az
Nicat Rəsul oğlu Zöhrabov 1978-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 89 saylı orta məktəbi fərqlənmə ilə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakultəsinin “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili” ixtisasına daxil olub.1999-cu ildə Universiteti bitirib bakalavr dərəcəsi alıb. Həmin ildə təhsilini magistratura pilləsində davam etdirmişdir. 2001-ci ildə “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili” ixtisası üzrə magistr dərəcəsi alıb. N.R. Zöhrabov 2001-ci ildə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakultəsinin magistratura pilləsini bitirdikdən sonra “Dəmiryol nəqliyyatının istismarı” kafedrasına laborant vəzifəsinə işə qəbul olunmuşdur. Kafedrada aktiv fəaliyyətinə görə 2005 – 2006-cı illərdə baş laborant, 2006 – 2009-cu illərdə laboratoriya müdiri vəzifələrini icra etmişdir. 2009 cu ildə kafedranın assistenti vəzifəsində işləyib. 2012-ci ildə müsabiqədən keçərək, baş müəllim vəzifəsinə seçilib. 2018-ci ildə fəlsəfə doktorluğu proqramı üzrə dissertasiyasını müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2021-ci ildə “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları” kafedrasının dosenti vəzifəsinə seçilib. 2025-ci ilin 18 oktyabrından “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları” kafedrasının müdiri vəzifəsini icra edir. 70-ə yaxın elmi əsərin, 1 kollektiv monoqrafiyanın, 2 dərsliyin və 6 dərs vəsaitinin, xaricdə nəşr olunan 5 məqalənin və 4 konfrans materialının müəllifi və ya həmmüəllifidir. 2018-2021 ci illərdə Erasmus K+ (Crisis and Risks Engineering for transport services (CRENG)) layihəsinin iştirakçısı olub. Ailəlidir. 2 övladı var. |