XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Şəhid Rəşad Zeynallının xatirəsinə həsr olunan dərs

2024-04-22
309
Xəbərlər

Humanitar fənlər kafedrasının əməkdaşları – fil.ü.f.d., müəllim Pərvin Abdullabəyova, baş müəllim Zarina Tağıyeva, baş müəllim Zeynəb Məmmədzadə, müəllim Rəna Nəcəfova bakalavriat səviyyəsində və əcnəbi vətəndaşların hazırlıq qruplarında tədris olunan fənlər (“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan tarixi”, “Azərbaycanşünaslıq”) üzrə dərslərini 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn AzTU məzunu, "Vətən uğrunda",  "Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Cəsur döyüşçü” medalları ilə tətif edilmiş Rəşad Qiyas oğlu Zeynallının doğum günü münasibətilə onun əziz və unudulmaz xatirəsinə həsr ediblər.

Dərs zamanı şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi döyüş yolu barədə geniş və ətraflı məlumat verilib.

Qəhrəman şəhidimizə həsr olunmuş videçarx və tələbələrin şəhid haqqında hazırladıqları təqdimatlar nümayiş etdirilib.  

Şəhidin ailə üzvlərinə keçirilmiş dərslər barədə müvafiq məlumatlar verilib, dərs prosesindən çəkilmiş şəkillər və videolar onlara təqdim edilib.