İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekanı
dosent Məmmədova Leyla Məzdək qızı
E-poçt: leyla.mammadova@aztu.edu.az 

Məmmədova Leyla Məzdək qızı 28 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub.

1982-1992-ci illərdə Bakı şəhəri 96 nömrəli məktəbdə oxumuş və həmin məktəbi qızıl medalla bitirmişdir.

1992-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1999-cu ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi-fizika tənlikləri kafedrasının aspirantı, 2003-cü ildə “Üçtərtibli tənliklər üçün qoyulmuş qarışıq məsələlərinin korrektliyi şərtləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi (01.01.02 -diferensial tənliklər) elmi dərəcəsini almışdır.

2001-2002-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında müəllim, 2002-2011-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi informatika kafedrasında baş müəllim, 2014-cü ildə dosent elmi adını almışdır.

2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ikili diplom LSE (The London School of Economics and Political Science) layihəsinin rəhbəri, 2019-2023-cü illərdə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınan xüsusi lisenziyalı Əlavə Təhsil Müəssisəsinin direktoru, 2011-2025-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Riyazi iqtisadiyyat kafedrasının dosenti, Fakültə Elmi və Metodik Şuranın üzvü olmuşdur.

2025-ci ilin avqust ayından Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və telekommunikasiya Fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. Həmçinin, İTT fakültəsinin  Mühəndis riyaziyyatı və suni intellekt kafedrasının dosentidir.

40 elmi məqalənin və   3 dərs vəsaitinin müəllifidir. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rus və ingilis dillərini sərbəst bilir.

Ailəlidir, 2 övladı var.