Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Almaniyanın “Rohde&Schwarts International GmbH” şirkətinin nümayəndəsi AzTU-da olub

Radioelektron və telekommunikasiya nəzarət və ölçü avadanlıqları üzrə dünyada qabacıl nüfuza malik “Rohde & Schwarts International GmbH” şirkətinin Orta Asiya və Azərbaycan üzrə nümayəndəsi Sergey Rybinski Azərbaycan Texniki Universitetinin (AzTU) Radioelektron və aerokosmik sistemlər kafedrasının professor-müəllim heyəti ilə görüşüb.   Görüşdə kafedranın ölçmə və nəzarət cihazlarında siqnalların rəqəmli emalı texnologiyasının perspektiv inkişafı haqqında məlumat verilib. Həmçinin aerokosmik sistemlər, telekommunikasiya, radioelektron vasitələr, xüsusitəyinatlı rabitə sistemləri və elektromaqnit birgəliyi istiqmətlərində əməkdaşlığın qurulması müzakirə olunub və ilkin razılaşmalar əldə edilib. Sergey Rybinskinin 2024-cü ilin fevralında Azərbaycana nəzərdə tutulan növbəti səfəri çərçivəsində AzTU-da seminar keçməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Radioelektron və telekommunikasiya nəzarət və ölçü avadanlıqları üzrə dünyada qabacıl nüfuza malik “Rohde & Schwarts International GmbH” şirkətinin Orta Asiya və Azərbaycan üzr ..

2023-10-09
AzTU

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin qocaman müəllimləri iştirak edib. Akademik heyəti Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, gənc müəllimlər pedaqoji və elmi fəaliyyətlərində qocaman müəllimlərin təcrübələrindən yararlanmalı, hər zaman onlardan məsləhət almalıdırlar. Görüşdə çıxış edən müəllimlər onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib. Görüşdə AzTU-nun rek ..

2023-10-05
AzTU

LMQS çərçivəsində AzTU-da yeni açılan magistr ixtisasına 20 tələbə qəbul olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulu artıq ikinci ildir uğurla davam etdilir. “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində açılan yeni ixtisasa 2023/2024 tədris ili üzrə 20 tələbə qəbulu olunub.     Layihə çərçivəsində AzTU əməkdaşları Yunanıstanın Qərbi Attika Universitetində təlim proqramında iştirak edib və yeni magistr ixtisası onların tədris proqramları əsasında hazırlanıb. Qeyd edək ki, sözügedən ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri səhiyyə müəssisələrində praktiki  təcrübə proqramlarında iştirak edəcəklər. 

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulu artıq ikinci ildi ..

2023-10-05
AzTU

Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib

Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaqları AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu qarşılayıb. Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkda  görülən işlər, rezident şirkətlər haqqında məlumat verib. Daha sonra ötən ay AzTU-da keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə qatılan komandalar öz təqdimatlarını nümayiş etdirib.  Qeyd olunub ki, rəqəmsal oyun düşərgəsində uğurlu olan 3 startapa investisiya ayrılıb. Tədbir çərçivəsində “Havelsan” və “Baykar” şirkətlərinin ən böyük tərəfdaşlarından olan “Ordulu Texnologiya” şirkətinin Tədqiqat və İnkişaf mərkəzlərinin, həmçinin Avropanın ən böyük müdafiə, aviasiya və aerokosmik klasteri olan “SAHA İstanbul”un Azərbaycan Mərkəzinin açılışı olub.

Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transfo ..

2023-10-03
AzTU

AzTU əməkdaşı 4 saylı Bakı Dost Mərkəzidə seminar keçib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Təlim və tədqiqat xidmətləri şöbəsinin müdiri Lamiyə Miryaqubova “Könüllü qrupları” layihəsi çərçivəsində 4 saylı Bakı Dost Mərkəzində seminar keçib.  “Biblioterapiya – oxucu psixologiyası” mövzusunda təşkil olunan seminarda biblioterapiyanın tarixi, inkişaf yolu, əlyetərli kitab bazaları, oxucu və yazarlar üçün ödənişsiz platformalar haqqında ətraflı məlumat verib.  Seminarın sonunda iştirakçıların sulları cavablandırılıb. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Təlim və tədqiqat xidmətləri şöbəsinin müdiri Lamiyə Miryaqubova “Könüllü qrupları” layihəsi ç ..

2023-10-03
AzTU

AzTU TGT-nin yeni logosu təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) yeni loqosu təqdim olunub. Minimalist üslubda hazırlanan loqonun təsvirində göy rəngdən istifadə olunub ki, bu da müasirliyi, gücü, həmçinin əzmi özündə əks etdirir. Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının çətiri altında birləşən, fəaliyyəti və keyfiyyəti ilə seçilən  ümumilikdə 9 TGT sözügedən yeni loqodan istifadə edəcək. TGT-lərin fəaliyyətinin vahid loqo altında təqdim olunmasında əsas məqsəd gələcək perspektivdə nəzərdə tutulan yeni fəaliyyət planını və PR strategiyasını həyata keçirmək, keyfiyyət meyarlarını təyin etməkdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) yeni loqosu təqdim olunub. Minimalist üslubda hazırlanan loqonun təsvirində göy rəngdən istifadə olunub k ..

2023-09-29
AzTU

ENGAGE layihəsi çərçivəsində İspaniyanın Kataloniya Politexnik Universitetinin təcrübəsi öyrənilir

“Erasmus+ KA3” proqramı üzrə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə keçirilib. Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu layihənin sahə üzrə ən güclü tərəfdaşlarından olan Kataloniya Politexnik Universitetinin innovasiyaların idarəedilməsi və sahibkarlıq fəaliyyətləri üzrə təcrübəsi paylaşılıb. İnnovasiyaların idarəedilməsi, akademik sahibkarlığa institusional dəstək mexanizmi, sahibkarlığın universitet strategiyasına inteqrasiya edilməsi və digər mühüm mövzularını üzrə təşkil olunan səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyətindən 25 nəfərlik nümayəndə iştirak edib. Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib.

“Erasmus+ KA3” proqramı üzrə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində n ..

2023-09-29
AzTU

Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirlərində AzTU-nun iki məzunu şəhidlik zirvəsinə yüksəlib

19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin məzunu, leytenant Şəhriyar Əliyev, Metallurgiya və materialşünaslıq fakültəsinin məzunu, leytenant Davud Bayramov şəhidlik zirvəsinə yüksəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika f ..

2023-09-29
AzTU

AzTU rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, çəhidlərin əziz xatirəsi yad edilib.

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Parkın girişində xatirə d ..

2023-09-27
AzTU

AzTU rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, məzaları üzərinə gül dəstələri düzülüb.

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrundan canla ..

2023-09-27