ABDULLAYEV ŞÖVQIYAR CƏMİL OĞLU Şövqiyar Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) daxil olub. O, I kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından - Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılır. Ağdamda təşkil edilən tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
BABAYEV ÇİNGİZ ADİL OĞLU Çingiz Babayev 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) daxil olur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlayır. 1992-ci ilin avqust ayında isə Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi liseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsi nəzərə alınıb, bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə təyin edilir. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri fərmanı ilə təltif edilir. 28 oktyabr 1995-ci il... Payız axşamı... Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi liseyin zabiti, baş leytenant Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində 300-ə yaxın insan ölümdən xilas olur. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmir. Başqalarının həyatı uğrunda öz həyatını qurban verən Çingiz şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı Fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
ƏLİYEV RÖVŞƏN NƏRİMAN OĞLU Rövşən Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olub. 1989-cu ildə paytaxtın Xətai rayonundakı 254 nömrəli orta məktəbi bitirib, Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Maşınqayırma fakültəsinə daxil olub. 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələri Rövşəndə düşmənə qarşı nifrət hissi yaratmışdı. O, 1991-ci ildə könüllü olaraq ordu sıralarına gedib. Ağdamın Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində igidlik göstərib. 1992-ci ildə Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutaraq düşmənin canlı və texniki qüvvələrini məhv edib. Elə həmin il mayın 13-də erməniləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal qəhrəman oğullarımızın mübarizəsi nəticəsində düşməndən azad edilib. R.Əliyev 1992-ci il iyunun 14-də ağır döyüşlər zamanı yaralı yoldaşlarını xilas edərkən şəhid olub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
MƏMMƏDOV SEYMUR QƏHRƏMAN OĞLU Seymur Məmmədov 1971-ci il sentyabrın 18-də Füzulidə dünyaya göz açıb. 1978-ci ildə buradakı 2 saylı orta məktəbə qəbul edilir. 1988-ci ildə orta məktəbi bitirən Seymur elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Elektrotexnika fakültəsinə daxil olur. Tələbəlik illərində təhsil almaqla yanaşı Füzuli şəhər rabitə şöbəsində işləyir. 1991-ci ildə könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılır. Həmişə qaynar nöqtələrdə olan, ən çətin əməliyyatlarda iştirak edən Seymur düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edir, onlarla azərbaycanlı əsirlərin azad edilməsində, 11 əsgərimizin düşmən mühasirəsindən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərir. 1 aprel 1992-ci il... Seymurun son döyüşü... Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edilir. Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi ilə şəhid olan Seymur əbədiyyətə qovuşur. Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı Fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
NƏZƏRLİ HİKMƏT BABA OĞLU Hikmət Nəzərli 1966-cı il martın 7-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Xətai rayonundakı 27 nömrəli orta məktəbə gedib, amma atasının iş yerinin dəyişməsi ilə əlaqədar o, təhsilini Daşkənddə davam etdirməli olub. Hikmət 1982-ci ildə yenidən Bakıya qayıdıb. 1984-cü ildə hərbi xidmətə çağırılaraq Gürcüstan Respublikasının Duşeti şəhərindəki kəşfiyyat məktəbinə göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) daxil olub. Sonra Hikmət Azərbaycanın bir vətənpərvər oğlu kimi erməni təcavüzünə etiraz edənlərin sırasında Şıx qəsəbəsində yaradılan könüllülərdən ibarət müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ildə Ağdam istiqamətində cəbhəyə yola düşüb. Xocalı yolunda idarə etdiyi maşınla düşmənin qarşısında maneə yaradaraq vətəndaşları təhlükəsiz yerə çıxarıb. Son məqamda bir neçə döyüşçü yoldaşı ilə meşəyə çəkilib. Ailəli idi. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 nömrəli Fərmanı ilə Nəzərli Hikmət Baba oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
NƏSİBOV KAMİL BALƏDƏ OĞLU
Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta təhsilini rayonun Minkənd kəndində bitirib və elə həmin il ordu sıralarına hərbi xidmətə göndərilib. Üç ildən sonra Silahlı Qüvvələrdən tərxis olunub. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) daxil olub. Ali təhsilini başa vurduqdan sonra Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilib. Laçın ermənilərin hücumuna məruz qalanda rayonu müdafiə etmək üçün 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradıb. Dəstə onun rəhbərliyi altında Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdırı kəndlərinin düşməndən təmizlənməsində böyük xidmətlər göstərib. Rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində igidlik göstərib. Ailəli idi. Dörd övladı var. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
HÜSEYNOV ELMAN SÜLEYMAN OĞLU Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Hidromeliorasiya fakültəsini bitirib. 1975-ci ildə ordudan tərxis olunub və doğma rayonunda müxtəlif vəzifələrdə çalışıb. E.Hüseynov 1991-ci il sentyabrın 22-də Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradır və özü də onun rəisi olur. 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. E.Hüseynov Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Maqavuz, Çıldıran və başqa yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda rəşadət göstərib. 14 yanvar 1993-cü ildə cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Evli idi. Bir oğlu, iki qızı var. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə mayor Elman Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
QƏHRƏMANOV FARİZ ÇOBAN OĞLU Fariz Qəhrəmanov 1974-cü il martın 29-da Bərdə rayonunun Xəsili kəndində anadan olub. 1991-ci ildə orta təhsilini doğma kəndlərində bitirib. Sonra o, təhsilini 47 nömrəli texniki peşə məktəbində davam etdirərkən 1992-ci ildə Milli Orduya çağırılıb. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Fariz 1994-cü ildə Ağdərənin müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşdə yaralıb. O, bir müddət müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıdıb.1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında xidmət göstərib. 1995-1996-cı illərdə Türkiyə Respublikasında jandarm və komanda məktəbini bitirib. 1997-ci ildə isə təhsilini Azərbaycan Texniki Universitetində (AzTU) davam etdirib, maşınqayırma sənayesi üzrə Menecment ixtisasına yiyələnib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. |
|
QULİYEV ZABİT ADİL OĞLU Zabit Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. 1992-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb və oradan da Dağlıq Qarabağa - döyüş bölgəsinə göndərilib. Z.Quliyev Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində erməni işğalçılarına qarşı gedən döyüşlərdə rəşadətlə vuruşub. Seysulan kəndi uğrunda gedən vuruşun ən qızğın çağında erməni təcavüzkarları döyüşə tankları yeritdilər. Bu zaman Zabit səngərlərdən birinə sığınıb tankların yaxınlaşmasını gözlədi. Öndə gələn tankı bir qədər yaxına buraxıb onu qumbara ilə məhv etdi. Bunu görən ikinci tank istiqamətini dəyişib onun üstünə yeridi. O, özünü itirməyib ikinci zirehlini də məhv etdi. Beləliklə, Zabit bu döyüşdə böyük şücaət göstərərək düşmənin 4 tankını partladaraq sıradan çıxarıb. Zabit Quliyev da ikinci ixtisas təhsili olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsində oxuyub. Ailəlidir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Zabit Adil oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. |
|
ÇİNGİZ SALMAN OĞLU QURBANOV Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinə qəbul olunub. 2016-cı ildə universiteti bitirən Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib. Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılan müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Fevralın 6-da Bakıda vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov doğulduğu Qusar rayonunda dəfn edilib. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Çingiz Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.
|
|
Babaxanov Şahin Zülfüqar oğlu
Cahangirov Kamal Şahverən oğlu
Dərvişov Vaqif Mahir oğlu
Əhmədov Yaqub Ağəli oğlu
Əhmədov İlqar Hümbət oğlu
Əliyev Bəhmən İbiş oğlu
Əliyev Elşad Hacıbaba oğlu
Əliyev Sahib Şahmalı oğlu
İbrahimov Ceyhun Tofiq oğlu
Kərimov Seymur Məhəmməd oğlu
Məmmədov Əlisuvar Əliheydər oğlu
Mirzəməmmədov Kamran Sahib oğlu
Nuriyev Bəhruz Allahverdi oğlu
Qasımov Nurəddin Tabı oğlu
Quliyev Elçin Balaxan oğlu
Quliyev Xalid Hüseynxan oğlu
Ramazanov Nurəddin Fərrux oğlu
Salmanov Ramiz Məhəmməd oğlu
Zülfüqarov İlqar Ağa oğlu
Axundov Əbdülməcid Nadirşah oğlu Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olub, 2014-cü ildə məzun olub. Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Əbdülməcid Axundov Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında dəfn olunub. Əbdülməcid Axundov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. |
|
Quliyev Mahir Qədir oğlu Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Mahir Quliyev 2011-ci ildə Bakıdakı 308 saylı orta məktəbi bitirən Mahir həmin il Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olub, 2015-ci ildə məzun olub. Əsgər Mahir Quliyev 2016-cı il aprelin 8-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. O, Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmanlıq göstərib. Mahir Quliyev ermənilərin zirehli texnikasını — tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib. Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn olunub. Mahir Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. |
|
Mirzəyev Elvin Azadxan oğlu Elvin Mirzəyev 1994-cü il fevralın 13-ü Xaçmaz şəhərində anadan olub. Elvin Mirzəyev şəhid Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra, 2011-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinə daxil olub, 2015-ci ildə məzun olub. Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Elvin Mirzəyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. |
|
Orucov Müşfiq Arif oğlu Müşviq Orucov 1994-cü il sentyabrın 18-də Bakıda anadan olub. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq Orucov 2011-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 5-də Tərtər döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Müşfiq Orucov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. |
|
Soyadı, adı və ata adı: Abbasov Hüseyn Əlizadə oğlu |
|
|
|
Soyadı, adı və ata adı: Bağırov Elçin Yunus oğlu
|
|
Soyadı, adı, ata adı: Baxşəliyev Natiq Saleh oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Bayramov Cavid Azər oğlu Doğum tarixi: 29.06.1997 Şəhid olduğu tarix: 08.10.2020 İxtisas: Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Qrup: 104a2 Rütbə: Gizir Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları Vikipediya |
|
|
|
Soyadı, adı, ata adı: Cavadov Mahmud Heydər oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Əhmədli Elşən Elbrus oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Əhmədli Nurlan Rəhim oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Əliyev İmran Əli oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Əliyev Rauf Səxavət oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Əliyev Ziyadxan İbrahim oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Əzizov Elçin Əvəz oğlu |
|
|
|
Soyadı, adı, ata adı: Hacıəhmədli Hacıəhməd Həsən oğlu |
|
Soyadı, adı, ata adı: Həsənli Elçin Vaqif oğlu |
|
Soyadı, adı, ata adı: Hüseynli Əliheydar Səlahəddin oğlu |
|
Soyadı, adı, ata adı: Hüseynov Bəhruz Yavər oğlu |
|
Soyadı, adı, ata adı: İbrahimli Məhəmmədəli Mütəllim oğlu |
|
Soyadı, adı, ata adı: İsgəndərli Kamran Yaşar oğlu |
|
Soyadı, adı, ata adı: Mehdiyev Rəşad Rəhman oğlu |
|
Soyadı, adı, ata adı: Məmmədli Cəmil Habil oğlu |
|
Soyadı, adı, ata adı: Məmmədov Elcan Zöhrab oğlu |
|
Soyadı, adı, ata adı: Məmmədov Kamal Şamil oğlu |
|
Soyadı, adı, ata adı: Məmmədov Murad Yusif oğlu |
|
Soyadı, adı, ata adı: Musazadə Azər Çingiz oğlu |
|
Soyadı, adı, ata adı: Məmmədov Yasin İman oğlu |
|
Soyadı, adı, ata adı: Məmmədzadə Anar Nazim oğlu |
|
Soyadı, adı, ata adı: Mustafayev Rüfət Zöhrab oğlu |
|
Soyadı, adı, ata adı: Namazov Babək Səhman oğlu |
|
Soyadı, adı, ata adı: Piriyev Raul Zabit oğlu |
|
Soyadı, adı, ata adı: Qasımov Eltun Vüqar oğlu |
|
Soyadı, adı, ata adı: Rzayev Aslan Süleyman oğlu |
|
Soyadı, adı, ata adı: Səidov Ələddin Azər oğlu |
|
Soyadı, adı, ata adı: Sərxoşov Seymur Ramiz oğlu |
|
Soyadı, adı, ata adı: Şükürov Anar Mehman oğlu |
|
Soyadı, adı, ata adı: Xudiyev Tural Rəfayıl oğlu |
|
Soyadı, adı, ata adı: Zeynallı Rəşad Qiyas oğlu |
|
|