Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




CDIO

CDIO –  Conceive, Design, Implement, Operate (Öyrən, Layihələndir, Reallaşdır, İşlət)

Ötən əsrin 90-cı illərinin sonunda Massaçusets Texnologiya İnstitutunun (MIT) təşəbbüsü ilə yaradılan CDIO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. Onların arasında ABŞ-ın Stenford, Dyuk, Notr-Dam, Böyük Britaniyanın AstonLankaster, İspaniyanın Madrid Texniki Universitetləri, Rusiyanın Moskva Aviasiya İnstitutu, Bauman adına Dövlət Texniki Universiteti, Skolkovo Elm və Texnologiya İnstitutu, eləcədə Fransa, Almaniya, Norveç, Finlandiya, Braziliya, Çin, Avstraliya və digər qabaqcıl elm ölkələrinin aparıcı və nüfuzlu elm və təhsil ocaqları var.

CDIO – ingiliscədə Conceive, Design, Implement, Operate, yəni Öyrən, Layihələndir, Reallaşdır, İşlət deməkdir. Məqsəd mühəndislik təhsili sahəsində nəzəri biliklər və təcrübə arasında boşluğu aradan qaldırmaq olub və bunun üçün Massaçusets Texnologiya İnstitutu İsveçin 3 Universiteti – Çalmers Texniki Universiteti, Linköpinq UniversitetiKral Texnologiya İnstitutu ilə əməkdaşlıq edərək bu sistemi qurub.

Ənənəvi olaraq mühəndis müəyyən darixtisaslı funksiyaları yerinə yetirən bir mütəxəssis kimi qəbul olunurdu. Müasir dövrə qədər bu belə idi və belə olması da norma idi. Ancaq 21-ci əsr özü ilə yeni çağırışlar gətirdi və bu gün qlobal rəqabət şəraitində mühəndis yalnız “innovativ ideyalar fikirləşən adam” yox, həm də bacarıqlı menecer olmalıdır. Ona görə də CDIO-nun açıqlanan hədəfi çox sadədir: ali təhsil alan mühəndis yeni məhsul və ya texniki ideyanı fikirləşməli, onun həyata keçirilməsi üçün bütün qurğu işlərini həyata keçirməli, yaxud bunu edəcək şəxslərə lazımi göstərişləri verməli, sonra isə alınan məhsulu istehsala tətbiq etməlidir.

CDIO təşəbbüsü nəticəsində konkret təhsil proqramlarının xüsusiyyətləri nəzərə alınaraq çox sayda metodiki material işlənib hazırlanıb. Bu metodiki resurslar gələcək mühəndislərin şəxsi keyfiyyətlərinin artırılması, peşəkar davranışlarının müəyyənləşdirilməsi məhsul, proses və sistemlərin yaradılması bacarıqlarına sahib olmanı tədris edən və qarşılıqlı əlaqədə olan fənlər vasitəsilə mühəndis təhsili proqramlarının formalaşdırılması üçün nəzərdə tutulub.

CDIO konsepsiyası 12 standart üzərində fəaliyyət göstərir və orada əsasən proqramın ümumi fəlsəfəsi, tədris planlarının, praktiki məsələlərin hazırlanması, məşğələlər üçün məkanların layihələndirilməsi, yeni tədris və təlim metodları, professor-müəllim heyətinin ixtisasının yüksəldilməsi, tələbələrin dərslərdə iştirakı və proqramların audit və qiymətləndirilməsini ortaya qoyulur.