Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “Azərbaycan Sənaye Korporasiyası" ASC-də sənaye sahələri üçün kadr hazırlığı müzakirə olunub

“Azərbaycan Sənaye Korporasiyası" ASC-də sənaye sahələri üçün kadr hazırlığı müzakirə olunub

22.07.2022     212     AzTU

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru  Vilayət Vəliyev və Almaniyanın "Achenbach Buschhütten" şirkətinin icraçı direktoru Rolf Vilbers arasında görüş keçirilib.

Görüşdə sənaye sahəsində gənc, istedadlı kadrların hazırlaması, onların işlə təmin olunması, müştərək layihələrin icrası istiqamətində əməkdaşlıqların qurulması, tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi kimi məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb. Qeyd olunub ki, ixtisaslı və peşəkar kadrların hazırlanması müasir texnologiyaları, nou-hauları özündə cəmləşdirən yeni layihələrin gələcək icrasında, innovativ təşəbbüslərin reallaşdırılmasında böyük əhəmiyyətə malikdir.

Yalnız alüminium sənayesinin inkişafı deyil, eyni zamanda istehsalatın elmə istiqamətlənməsi baxımından önəm kəsb edən görüşdə tələbələrin nəzəri biliklərdən əlavə həm də təcrübə qazanması, onların inkişafı və gələcək perspektivləri ilə bağlı təkliflər də müzakirə olunub.

 



Related news