Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da ERASMUS+LPEB layihəsinin növbəti seminarı keçirilib

AzTU-da ERASMUS+LPEB layihəsinin növbəti seminarı keçirilib

15.02.2017     230     Archieve

Müddəti 36 ay olan  Avropa Birliyinin ERASMUS+LPEB layihəsində (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekologiya səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavr hazırlığı) Azərbaycan, Rusiya və Çin iştirak edir. Layihə Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə distant təhsil formatında aparılır. Avropanın 9 Universitetində həyata keçirilən layihədə Azərbaycandan üç universitet: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir.

Fevralın 14-də layihənin xronoqramına uyğun olaraq “Distant təhsil texnoloji platforması”  mövzusunda AzTU-da növbəti seminar keçirilib.

Seminarda İtaliyanın UNİNETTUNO Universitetinin professorları Nicola Paravati və Narko de Marko məruzə ilə çıxış edib.

Seminarda layihənin həyata keçirilməsinə mane olan problemlərin aradan qaldırılması, enerji və ekoloji səmərəlilik üzrə mütəxəssislər arasında aparılan sorğu nəticələri və layihə çərçivəsində görüləcək işlərin müzakirəsi aparılıb.

Tədbirdə layihənin Azərbaycandan olan tərəfdaş universitetlərindən Azərbaycan Texniki Universiteti, Azərbaycan  Dövlət Memarlıq və İnşaat  Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti iştirak edib.

Seminar iki gün davam edərək fevralın 15-də öz işini yekunlaşdıracaq.

                 

                 

                                           



Related news