Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.

 

Yüksək Təhsil İnstitutunun direktoru

İftixar Qurbanəli oğlu Çələbi

Tel: (012) 539 10 70

E-poçt: i_chalabi@aztu.edu.az

 

Çələbi Qurbanəli oğlu İftixar 1964-cü il yanvar ayının 6-da Oğuz rayonunun Bucaq kəndində anadan olub.

1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtonəqliyyat fakültəsinin avtomobillər və avtomobil təsərrüffatı ixtisasına qəbul olunub.

1986-cı ildən 1991-ci ilə qədər Oğuz rayonunun bir sıra müəssisələrində mühəndis kimi fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) aspiranturasına qəbul olunub. 1995-ci ildə aspiranturanı uğurla başa vurduqdan sonra AzTU-nun Maşın hissələri kafedrasında əvvəlcə baş laborant, sonra isə assistent kimi fəaliyyət göstərib. 1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsinə yiyələnib. O, 1999-cu ildə həmin kafedranın baş müəllimi vəzifəsində çalışıb. 2003-cü ildə isə kafedranın dosenti seçilib. Hazırda İftixar Çələbi AzTU-nun Mexatronika və maşın dizaynı kafedrasının dosentidir.

İftixar Çələbi 1995-1996-cı illərdə Almaniyanın DAAD təşkilatının dəvəti ilə Maqdeburq Universitetinin Maşınların Konstruksiya Edilməsi İnstitutunda elmi ezamiyyətdə olub. 2001, 2004, 2013 və 2017-ci illərdə DAAD tərəfindən Rostok, Ştutqart, Braunşvayq və Maqdeburq universitetlərinə elmi-tədqiqatlar üçün dəvət alıb.

2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülüb. Həmin fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparıb. 2011-2012-ci illərdə fondun dəvəti ilə yenidən Xemnitz Universitetində 3 aylıq elmi ezamiyyətdə olub. Aleksandr Humboldt fondu ilə əməkdaşlığı davam etdirən İftixar Çələbi 2015-ci ildə Braunşvayq Universitetində, 2019-cu ildə isə Münxen Texniki Universitetində elmi ezamiyyətdə olub.

Onun Almaniyada 8 elmi məqaləsi çap olunub.

Hazırda  AzTU-da fəaliyyət göstərən ED 2.32 Dissertasiya Şurasının üzvüdür.

2019-2021-ci illərdə AzTU-da Maşınların konstruksiya edilməsi kafedrasının müdiri vəzifəsində çalışıb.

8 avqust 2022-ci il tarixində AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.