Yüksək Təhsil İnstitutu

Doktorantura sənədləri




Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03.07.2023-cü il tarixli 3-29/3-2- 418T/2023 nömrəli məktubuna əsasən Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Mühəndislik Universitetinə (BMU) fəlsəfə doktoru hazırlığı üzrə müraciət etmiş namizədlərin “Fəlsəfə” fənnindən qəbul imtahanı AzTU-da (H.Cavid prospekti 25) təşkil olunacaq.
İmtahanlar 1, 4, 5 və 6 sentyabr tarixlərində keçiriləcək.
Azərbaycan Dövlət İqtisad Universiteti - 01.09.2023, 09:30
Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti - 04.09.2023, 09:30
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 04.09.2023, 05.09.2023, 09:30
Azərbaycan Texniki Universiteti - 06.09.2023, 09:30
SUALLAR
Namizədlərdən imtahan günü şəxsiyyət vəsiqəsi ilə AzTU, əsas korpus, 427-ci otağa yaxınlaşmaları xahiş olunur.
Ətraflı məlumat üçün: (+99412) 539 12 41