Yüksək Təhsil İnstitutunda mövcud olan infrastruktur, maddi-texniki baza və texnoloji resurslar universitet tərəfindən müəyyən edilmiş elmi-tədqiqat məqsədlərinə və “Azərbaycan Texniki Universitetinin elmi-innovasiya fəaliyyətinin inkişaf strategiyası”na uyğundur. Elmi tədqiqatların aparılmasının stimullaşdırılması, layihəyönümlü fəaliyyətin təşviqi üçün maliyyə dəstəyinin göstərilməsi prioritet məsələlərdən biri kimi müəyyən edilmişdir. Bu da AzTU-nun tədqiqat məqsədlərinə və strategiyasına uyğun gəlir.
AzTU-nun Yüksək Təhsil İnstitutunda elmi tədqiqatların daha səmərəli yerinə yetirilməsi və mövcud 22 kafedrada aktiv elmi tədqiqat işlərinin aparılması məqsədilə 5 tədqiqat instituları formalaşdırılmışdır. Yüksək Təhsil İnstitutunun fəaliyyəti doktorantura və magistraturada tədqiqat mövzularının koordinasiya edilməsi yönümlü təşkil edilmiş, onun strukturu təkmilləşdiirlmiş, Yeni Materiallar və Nanotexnologiya Elmi-tədqiqat Mərkəzi yaradılmışdır. Bununla belə, təsərrüfat müqaviləsi əsasında fəaliyyət göstərən “Xüsusi təyinatlı məhsulların texnologiyası” elmi-tədqiqat laboratoriyası mövcuddur. Beləliklə, belə qənaətə gəlmək olar ki, Yüksək Təhsil İnstitutunun elmi tədqiqat fəaliyyəti üçün lazımi struktur resursları mövcuddur.
İnstitutların yaradılmasında qarşıya qoyulan məqsəd kafedralarda aparılan elmi tədqiqatların koordinasiya olunması, kafedranın professor–müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb olunması və layihə tipli elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsindən ibarətdir. Universitetdə fəaliyyət göstərən Elmi tədqiqat laboratoriyalarından hazırda biri təsərüfat müqaviləsi ilə elmi tədqiqat işləri həyata keçirir.
Fakültələrdə TEC-lər fəaliyyətdədir və tələbələrin elmi yaradıcılıq işləri kafedraların müvafiq laboratoriyalarında və CEZERİLAB-da uğurla davam etdirilir. Tələbələr CEZERİLAB-da yaradıcılıq layihələrini uğurla davam etdirə bilirlər. fəaliyyəti fakültələrdə davam etdirilir.
AzTU-da professor-müəllim heyətinin sayı 2023-2024-cü tədris ilində 374 nəfər olmuşdur. Professor-müəllim heyətinin əksər hissəsi aktiv elmi tədqiqat işləri ilə məşğul olur. 2022-ci ildə AzTU-nun magistrant və doktorantlarının elmi-tədqiqat işləri aparmaq məqsədilə TUSAŞ-ın istehsalat və tədqiqat laboratoriyalarından istifadə etmələri üçün ilkin razılıq əldə edilmişdir.
Hesabat dövründə AzTU-da fəaliyyət göstərən elmi tədqiqat mərkəzləri və elmi tədqiqat laboratoriyalarında çalışan gənc əməkdaşlar və təhsil alan magistrantlar, doktorant və dissertantlar 2023–2024-cü tədris ilində 26244 magistr, 130 doktorant- dissertant aktiv şəkildə elmi tədqiqat işləri ilə məşğul olmuşlar. Gənclərin elmi tədqiqat işlərinə cəlb olunması istiqamətində lazımi işlər aparılır.