TTKF nədir?
Təhsil Tələbə Krediti Fondu 2021-ci il 17 iyun tarixində cənab prezident İlham Əliyevin fərmanı ilə yaradıldı. Təhsil tələbə kreditlərinin verilməsi qaydası Nazirlər Kabinetinin 24 iyul 226 nömrəli qanunu ilə təsdiq edildi. Təhsil tələbə kreditləri Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli və əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə verilir. TTK alacaq tələbənin sonuncu semestrdə akademik borcu (kəsiri) olmamalıdır.
Sosial TTK nədir?
Sosial TTK 2 faizlə verilir. Sosial TTK almaq üçün aşağıdakı şərtlərin biri tələbəyə aid olmalıdır.
  • 1. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  • 2. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
  • 3. Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
  • 4. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər;
  • 5. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs):
    • orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;
    • yaşa görə əmək pensiyası alırsa;
    • yaşa görə sosial müavinət alırsa.
Standart TTK nədir?
Standart TTK 6 faizlə verilir. Standart TTK almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına aid olmalıdır.
  • 1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olduqda
  • 2. İllik təhsil haqqının 20 faizini özü ödədikdə
  • 3. Sosial TTK almaq hüququ olmayanlar