AzTU-nun magistratura səviyyəsinə qəbul olunanlar üçün tələb olunan sənədlərin siyahısı


3x4 ölçüdə fotoşəkil (ağ fonda) – 4 ədəd;
Şəxsiyyət vəsiqəsinin surəti – 3 nüsxə;
Diplomun və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər) – 1 nüsxə;
Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış – 1 nüsxə;
Hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında (hərbi xidmətdə olmayanlar üçün) vəsiqənin surəti (bütün səhifələrin surətini çıxarmaqla) – 1 nüsxə;
Təhsil haqqında ödəniş qəbzi (ödənişli əsaslarla qəbul olanlar üçün).
İmtiyazlı (təhsil haqqından azad olunan) bakalavrlardan tələb olunan sənədlər:
1. I və II dərəcə əlilliyi olan bakalavrlar:
  • · Bakalavrın əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.
2. Məcburi köçkünlər:
  • · Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;
  • · Bakalavrın cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
3. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:
  • · Valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • · Valideynin əlillik haqqında sənədinin notarial qaydada təsdiq edilmiş surəti;
  • · Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
4. Şəhid ailəsinin üzvü olanlar:
  • · Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • · Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • · Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.
5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
  • · Valideynin əlillik haqqında sənədinin notarial qaydada təsdiq edilmiş surəti;
  • · Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
  • · Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
5.1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
  • · Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
  • · Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

QEYD: Güzəşt əyani formada təhsil alan 23 yaşınadək şəxslərə və yalnız ilk dəfə magistrant olanlara aiddir.

Sənədlər AzTU, əsas korpus, 414-cü otaqda qəbul olunur.
Ətraflı məlumat üçün: (+99450) 225 92 77