Yüksək Təhsil İnstitutu

İdarə Heyəti




Yüksək Təhsil İnstitutunun (YTİ) İdarə Heyətinin vəzifələri:
  • • YTİ-nin strateji fəaliyyət istiqamətlərini müəyyən etmək və beş və onillik müddətləri əhatə edən YTİ-nin orta və uzunmüddətli strateji inkişaf planlarını hazırlamaq;
  • • YTİ-nin Elmi Şurası tərəfindən qəbul edilən və YTİ-nin direktoru tərəfindən təsdiq edən YTİ-nin illik fəaliyyət planlarını təsdiq etmək;
İdarə Heyəti ictimai əsaslarla fəaliyyət göstərir.
İdarə Heyətinin hüquqları:
  • • YTİ-nin adından sənaye müəssisələri ilə tərəfdaşlıq əlaqələri qurmaq;
  • • YTİ-nin illik fəaliyyəti barədə birbaşa AzTU-nun Elmi Şurasına və Rektoruna hesabat vermək
İdarə Heyətinin tərkibi:
  • • İdarə Heyətinin tərkibi 10 üzv və 1 sədrdən ibarətdir;
  • • 5 üzv AzTU-dan, 6 üzv sənaye müəssisələrindən müəyyən olunur;
  • • AzTU-dan olan üzvlər AzTU-nun rektorunun əmri ilə təyin olunur. Onlardan bir nəfər Rektorun əmri ilə İdarə Heyətinin sədri təyin olunur.
  • • Sənaye müəssisələrini təmsil edən 6 üzv AzTU rektorunun, o, olmadıqda Tədris İşləri üzrə prorektorun Azərbaycan Respublikasında fəaliyyət göstərən iri yerli və xarici müəssisələrə rəsmi məktubu əsasında onların təqdim etdiyi nümayəndələrdən formalaşır. Hər müəssisəni yalnız 1 (bir) nümayəndə təmsil edə bilər.
  • • İdarə Heyətinin bütün üzvləri 1 (bir) illik müddətə təyin olunur və onların AzTU tərəfindən təyin olunması və sənaye müəssisələri tərəfindən namizədliyinin verilməsi hər il aparılır.
  • • Sənaye müəssisələri İdarə Heyəti üzvlüyünə eyni bir şəxsi qeyri-məhdud sayda təqdim edə bilər.
  • • İdarə Heyətinin sədri daxil olmaqla AzTU-dan olan eyni bir üzv iki dəfədən artıq təyin oluna bilməz.
İdarə Heyətinin üzvlərinə olan tələblər:
  • • Sənaye müəssisələrindən olan üzvlər – Potensial namizəd müəssisənin strateji inkişaf şöbəsinin müdiri, İdarə Heyətinin üzvü, İcraçı Direktorun müavini və digər bu qəbildən olan müəssisənin strateji və idarəetmə qərarlarının qəbulunda iştirak edən şəxs olmalıdır.
  • • AzTU-dan təyin olunan üzvlərə tələblər:
    • Ən azı fəlsəfə doktoru elmi dərəcəsi
    • Ən azı 1 (bir) illik elmi və pedaqoji təcrübə
    • AzTU-da ən azı 1 (bir) illik inzibati idarəetmə təcrübəsi – dekan, dekan müavini, kafedra müdiri, şöbə müdiri, şöbə müdirinin müavini, İnstitut direktoru, rektorun müşaviri, prorektor
    • Dövlət və özəl müəssisələrdə təcrübəsi olanlara üstünlük verilir

İdarə Heyətinin sədri i.e.f.d. F.O.Məmmədovdur.