Yüksək Təhsil İnstitutu

Journal of Scientific Reports




Multidisiplinar elmi jurnal
(magistrantlar, doktorantlar və gənc tədqiqatçılar)
İldə iki dəfə
Tәsisçi: Azәrbaycan Texniki Universiteti
Founder: Azerbaijan Technical University
Учредитель: Азербайджанский Технический Университет

Redaksiya Heyəti

Baş redaktor: Vilayət Vəliyev

Baş redaktorun müavini: Fariz Məmmədov

1 Silvio Simon Brandenburq Texniki Universiteti, Almaniya
2 Wilko Flügge Rostok Universiteti, Almaniya
3 Süleyman Tekerli Qazi Universiteti, Türkiyə
4 Ayşe Kalemtaş Bursa Texniki Universiteti, Türkiye
5 Ömer Baybars Tek Yaşar Universiteti, Türkiyə
6 Nurəli Yusifbəyli Azərbaycan Texniki Universiteti, Azərbaycan
7 Sübhan Namazov Azərbaycan Texniki Universiteti, Azərbaycan
8 Ramiz Alıquliyev Azərbaycan Texniki Universiteti, Azərbaycan
9 Nizami Yusubov Azərbaycan Texniki Universiteti, Azərbaycan
10 Bayram İbrahimov Azərbaycan Texniki Universiteti, Azərbaycan
11 Fuad Daşdəmirov Azərbaycan Texniki Universiteti, Azərbaycan
12 Yaşar Musayev Azərbaycan Texniki Universiteti, Azərbaycan
13 Mehman Həsənov Azərbaycan Texniki Universiteti, Azərbaycan
14 Əmdulla Mehrabov Azərbaycan Texniki Universiteti, Azərbaycan
15 Aynurə İsmayılova Azərbaycan Texniki Universiteti, Azərbaycan
16 Fəxrəddin Yusubov Azərbaycan Texniki Universiteti, Azərbaycan
17 Yadigar İmamverdiyev Azərbaycan Texniki Universiteti, Azərbaycan
18 İftixar Çələbi Azərbaycan Texniki Universiteti, Azərbaycan
19 Qara Həsənov Azərbaycan Texniki Universiteti, Azərbaycan
20 Natəvan Namazova Azərbaycan Texniki Universiteti, Azərbaycan
21 Anar Eminov Azərbaycan Texniki Universiteti, Azərbaycan
“Journal of Scientific Reports” jurnalında əsasən universitetdəki magistratura və doktorantura pillərindəki istiqamətlər üzrə 4 bölmə olacaqdır:
Documents required for the registration on the portal are:
  • - Mexanika, maşınqayırma və metallurgiya bölməsi,
  • - İnformasiya texnologiyaları, telekommunikasiya bölməsi,
  • - Energetika, elektrik və elektrotexnika mühəndisliyi bölməsi
  • - Nəqliyyat, logistika və iqtisadiyyat bölməsi,
Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır. Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
1. Məqalə azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə (min. 100 söz, maks. 200 söz) və açar sözlər (3-5 söz) hər üç dildə təqdim olunmalıdır.
2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan, yuxarıdan, aşağıdan və sağdan – 2 sm), Times New Roman şrifti ilə 12 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 1 sm abzas buraxmaqla hazırlanmalı və 5 səhifədən az, 8 səhifədən artıq olmamalıdır.
3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:
  • giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti);
  • tədqiqatın məqsədi, məsələnin qoyuluşu;
  • məsələnin həll üsulları və aprobasiyası;
  • alınan nəticələrin tətbiqi;
  • nəticə.
4. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: UOT – soldan, böyük hərflərlə, sonda bir boş sətir; məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda bir boş sətir; müəlliflərin inisialları və soyadı – ortadan, qalın şriftlə; müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – ortadan, sonda bir boş sətir; xülasə (mətn təqdim olunan dildə); açar sözlər – kursivlə; giriş və digər alt başlıqlar – soldan, qalın şriftlə, əvvəlində bir boş sətir.
5. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir. Mənbənin biblioqrafik təsviri Ali Attestasiya Komissiyasının dissertasiya işlərində mənbənin biblioqrafik təsvirinə irəli sürdüyü tələblərə uyğun olaraq göstərilməlidir.
6. Ədəbiyyat siyahısından sonra məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə məqalənin adı, müəllifin soyadı, adı, atasının adı, müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı, xülasə və açar sözlər təqdim olunur.
7. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, kursivlə, sağdan (məs., Cədvəl 1), şəkil – şəklin altında, kursivlə, ortadan (məs., Şəkil 1.) və mətn hissədən (yuxarıdan və aşağıdan) bir boş sətir buraxmaqla göstərilməlidir. Cədvəllər bilavasitə məqalənin mətnində yerləşdirilməlidir. Hər cədvəlin öz başlığı olmalıdır. Cədvəllərdə mütləq ölçü vahidləri göstərilməlidir. Şəkillər aydın və vahid obyekt şəklində olmalıdır (ayrı-ayrı şəkillərin süni qruplaşdırılaraq yerləşdirilməsi yolverilməzdir).
8. Məqalədə istifadə olunan ölçü vahidləri beynəlxalq ölçü vahidləri sisteminə uyğun olmalıdır. Qəbul olunmuş sözlərdən başqa və s., və i.a., qısaldılmış sözlərdən istifadə etmək olmaz.
9. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.
10. Redaksiyaya məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, e-mail ünvanı da təqdim olunmalıdır.
11. Redaksiyaya daxil olan məqalələr rəyə təqdim olunur və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.
Jurnal üzrə məsul şəxs: Gülər Quliyeva: jsr@aztu.edu.az