UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir

2023-05-20

Ümumi məlumat
İpək Yolu Gənclər Tədqiqat Qrantı İpək Yolu təşkilatının mədəni irsinin daha da
dərindən öyrənilməsi üçün gənc tədqiqatçıları cəlb etmək məqsədilə həyata keçirilir. Hər
il 35 yaşdan kiçik gənclərə gender bərabərliyi nəzərə alınmaqla
12 tədqiqat layihəsi
üçün qrant verilir. Tədqiqat mövzusu qrup və ya fərdi şəkildə təqdim oluna bilər.


Tədqiqat işi mövzuları: Yalnız seçilmiş sahələr üzrə mövzular qəbul edilir.
Ətraflı:
keçid
Kvota: 12 tədqiqat qrantı
Yaş həddi: 35 yaşa qədər
Son müraciət tarixi: 31.05.2023
Qeyd:
Müraciət etmək istəyən şəxslər Tədqiqat planı formasını ingilis dilində təqdim
etməli və qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Proqramla bağlı ətraflı məlumatı
keçid vasitəsilə əldə edə və
silkroadsgrant@unesco.org elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.