XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun doktorantura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilib

2023-11-28
78
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutu və Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov, Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Magistratura və doktorantura şöbəsinin müdiri Şahin Maşayev iştirak ediblər.

Məqsəd doktorantların tədqiqat fəaliyyəti ilə tanışlıq, onların universitetlə əlaqələrinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinə cəlb edilməsi imkanlarının müzakirəsi olub.

Görüşdə qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, doktorantları maraqlandıran suallar cavablandırılıb.