XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Hörmətli həmkarlar, valideynlər və Azərbaycan Texniki Universitetini seçən əziz tələbələr!

2023-09-15
276
Xəbərlər

         Hörmətli həmkarlar, valideynlər və Azərbaycan Texniki Universitetini seçən  əziz tələbələr!    

Öncə mən sizi Bilik günü münasibəti ilə təbrik edirəm!

           Hər bir ölkənin  bu günü və gələcəyi təhsilə bağlıdır. Təhsilin səviyyəsi elmi-texniki tərəqqini şərtləndirir. Azərbaycanda təhsil dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla, dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.

           Azərbaycan Texniki Universitetində də təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi sahəsində müvafiq işlər aparılır. Universitetimizdə professor-müəllim heyəti tərəfindən  tələbələrə bilik və bacarıqların verilməsi, onların elmi-tədqiqat işlərinə cəlb olunması və mütəxəssislərin hazırlıq səviyəsinin artırılması məqsədi ilə elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilməsi  yüksək peşəkarlıqla təmin olunur.

           Əziz magistrantlarımız,

Tədris ocağı həyatın özüdür, bütün çağırışların kökü tədris ocağından başlayır, biz burada böyüyür, kamilləşir, istədiyimiz nəaliyyətləri əldə edib şəxsiyyətə çevrilirik. Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir.

Mən şadam ki, bü gün Azərbaycanda gənclər biliyi bacarığa çevirən insan ruhunda yetişir. Təhsil sahəsində əldə edilən bilik və bacarıqlar, hər  bir  təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır. Sizin bu ağır və  şərəfli yolu seçərək təhsilinizi davam etdirmək qərarınız təqdirəlayiqdir. Ümid edirəm ki,  təhsildə atacağınız  hər bir addım uğurlu olacaq və peşəkar mütəxəssis kimi yetişməyinizə öz töhfəsini verəcəkdir.  Düşünürəm ki, hər birimiz öz üzərimizə düşəni lazımı səviyyədə yerinə yetirsək,  istədiyimiz nəticəni əldə edərik. 

Arzu edirəm ki, övladlarımız müstəqil Azərbaycanın vətəndaşı kimi Azərbaycan himni sədaları altında bilik ocaqlarına getməkdən məhrum olmasınlar!

 Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, müstəqil Azərbaycanın müstəqil övladları dünyaya günəş kimi doğsun!

          Bir daha Sizi elm, inkişaf, tərəqqi simvolu olan bilik gününüzü təbrik edir,   təhsilinizdə uğurlar arzu edirəm!

Dərin hörmətlə,

 

Anar Eminov

 

Yüksək Təhsil İnstitutunun direktoru