XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

MBA üzrə "Biznes idarəetməsi" ixtisasının tələbələri McDonalds qlobal brendinin istehsalat sahəsində olmuşdurlar

2024-11-12
172
Xəbərlər

AzTU nun MBA üzrə "Biznes idarəetməsi" ixtisasının Ri24(i) qrupunun tələbələri Lamiyə Xəlilova tərəfindən tədris olunan "Risk çərçivələrinin idarəedilməsi" fənninin proqramı çərçivəsində  "Əməliyyat risklərinin idarəedilməsi" mövzusunun real istehsalat şərtlərində tətbiqini öyrənmək üçün McDonalds qlobal brendinin istehsalat sahəsində olmuşdular.Bu il Azərbaycanda 25 illiyini qeyd edən McDonalds qlobal brendinin "Risklərin idarəedilməsi" mövzusunda tərbiq etdiyi praktik təcrübə ilə tanış olunmuş, bu istiqamətdə riayət olunan beynəlxalq standartlar barədə tələbələr məlumatlandırılmışdı.