Azərbaycan Texniki Universitetində keçirilən “Fəlsəfə” fənnindən qəbul imtahanının nəticələri haqqında hesabat


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, 23 iyun 2023-cü il tarixli 3-29-ATM/2- 205/2023 nömrəli məktubuna və Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 03 iyul 2023- cü il tarixli 3-29/3-2-418F/2023 nömrəli əmrində təsdiq edilmiş bölgüyə əsasən Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universitetinin fəlsəfə fənnindən qəbul imtahanları 01.09.2023, 04.09.2023, 05.09.2023 və 06.09.2023-cü il tarixlərində Azərbaycan Texniki Universitetində keçirilmişdir.
Azərbaycan Texniki Universitetinin doktoranturasına 183 nəfər müraciət etmişdir. 06.09.2023-cü il tarixində təşkil olunan fəlsəfə fənnindən qəbul imtahanına 88 nəfər buraxılmışdır, onlardan 3 nəfər qeyri-məqbul almış, 10 nəfər isə imtahanda iştirak etməmişdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktoranturasına müraciət etmiş və fəlsəfə fənnində qəbul imtahanına buraxılan iddiaçı sayı 136 nəfər olmuşdur, onlardan 14 nəfər imtahanda iştirak etmədi, 9 nəfər isə qeyri-məqbul qiymət almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin doktoranturasına müraciət etmiş və fəlsəfə fənnindən qəbul imtahanına buraxılan iddiaçı sayı 81 nəfər olmuşdur, onlardan 15 nəfər imtahanda iştirak etmədi, 4 nəfər isə qeyri-məqbul qiymət almışdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktoranturasına müraciət etmiş və fəlsəfə fənnindən qəbul imtahanına buraxılan iddiaçı sayı 29 nəfər olmuşdur, onlardan 5 nəfər imtahanda iştirak etmədi, 3 nəfər isə qeyri-məqbul qiymət almışdır
Bakı Mühəndislik Universitetin doktoranturasına müraciət etmiş və fəlsəfə fənnindən qəbul imtahanında iddiaçı sayı 5 olmuşdur, onlardan 5 nəfər məqbul qiymət almışdır.
Sumqayıt Dövlət Universitetin doktoranturasına müraciət etmiş və fəlsəfə fənnindən qəbul imtahanında iddiaçı sayı 3 olmuşdur, onlardan 3 nəfər məqbul qiymət almışdır.
İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturasına müraciət etmiş və fəlsəfə fənnindən qəbul imtahanında iddiaçı sayı 1 olmuşdur, onlardan 1 nəfər məqbul qiymət almışdır.
Nəticələrlə bağlı məlumatlar qeyd olunan Ali Təhsil Müəssisələrinə göndərilmişdir.