Bu il Azərbaycan Texniki Universtetinin Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsi üzrə plan yeri 99 % dolub. Belə ki, magistratura səviyyəsi üzrə 1669 tələbə qəbul olunub ki, onlardan 418-i MBA , 129-u isə “SABAH Magistratura” proqramlarında təhsil alacaq.
2023/2024-cü tədris ili üzrə magistraturaya keçirilən qəbul imtahanlarında ən yüksən nəticə (99 bal) göstərən Anar Abiyev AzTU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasına qəbul olunub.
Yüksək Təhsil İnstitutunda təhsil alan tələbələrə təqaüdlər aşağıdakı kimi müəyyən edilib:
1. Doktorantura səviyyəsi üzrə:
1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.
2. Magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 anat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
Daha ətraflı məlumat üçün Magistratura şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994 (12) 538 94 40