Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar “Applied Science and Technology Source Ultimate” verilənlər bazası AzTU KİM istifadəçilərinə təqdim olunub

“Applied Science and Technology Source Ultimate” verilənlər bazası AzTU KİM istifadəçilərinə təqdim olunub

2023-10-03
158

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) EBSCO-nun “Applied Science and Technology Source Ultimate” akademik verilənlər bazasını 2 ay sınaq müddətinə (noyabrın 30-dək) öz istifadəçilərinə təqdim edir. Applied Science and Technology Source Ultimate” elm və texnologiya üzrə aparıcı tam mətnli verilənlər bazasıdır. Verilənlər bazası STEM fənləri (elm, texnika, mühəndislik, riyaziyyat) sahəsində 5081 adda jurnala və müxtəlif tam mətnli məzmundan sərbəst istifadəni təmin edir. 

Applied Science and Technology” bazasının əhatə etdiyi mövzular texniki sahənin tədrisinin bütün istiqamətlərini əhatə edən jurnalları özündə əks etdirir.

Qeyd edək ki, KİM-in ödənişsiz olaraq 2 aylıq sınaq müddəti üçün istifadə imkanı əldə etdiyi sözügedən akademik bazaya daxil olan kontentin pərakəndə qiyməti 535,310 dollardır.

AzTU daxilində “Applied Science and Technology Source Ultimate” akademik verilənlər bazasından istifadə, universitetin internet şəbəkəsinə bağlı olan bütün cihazlardan istifadəçi adı və kod olmadan birbaşa olaraq təmin edilib. 

Verilənlər bazasına daxil olmaq üçün link:

https://search.ebscohost.com/login.aspx?profile=ehost&defaultdb=aps&authtype=cookie,ip,uid   

Bazadan universitetdən kənarda istifadə etmək istəyənlər library.services@aztu.edu.az emailinə sorğu göndərərək istifadəçi adı və kod əldə edə bilərlər. 

Bazadan istifadə zamanı çətinlik və ya sual yaranarsa library.services@aztu.edu.az email ünvanına yaza bilərsiniz.