Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.

Milli Qəhrəmanlarımız

Milli Qəhrəmanlarımız

ABAYEV ÇİNGİZ ADİL OĞLU

Çingiz Babayev 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlayır. 1992-ci ilin avqust ayında isə Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi liseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsi nəzərə alınıb, bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə təyin edilir. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilir.

28 oktyabr 1995-ci il... Payız axşamı... Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi liseyin zabiti, baş leytenant Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində 300-ə yaxın insan ölümdən xilas olur. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmir. Başqalarının həyatı uğrunda öz həyatını qurban verən Çingiz şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

BABAYEV ÇİNGİZ ADİL OĞLU

MƏMMƏDOV SEYMUR QƏHRƏMAN OĞLU

Seymur Məmmədov 1971-ci il sentyabrın 18-də Füzulidə dünyaya göz açıb. 1978-ci ildə buradakı 2 saylı orta məktəbə qəbul edilir. 1988-ci ildə orta məktəbi bitirən Seymur elə həmin il Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Elektrotexnika fakültəsinə daxil olur. Tələbəlik illərində təhsil almaqla yanaşı Füzuli şəhər rabitə şöbəsində işləyir.

1991-ci ildə könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılır. Həmişə qaynar nöqtələrdə olan, ən çətin əməliyyatlarda iştirak edən Seymur düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edir, onlarla azərbaycanlı əsirlərin azad edilməsində, 11 əsgərimizin düşmən mühasirəsindən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərir.

1 aprel 1992-ci il... Seymurun son döyüşü... Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edilir.

Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi ilə şəhid olan Seymur əbədiyyətə qovuşur.

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

NƏZƏRLİ HİKMƏT BABA OĞLU

Hikmət Nəzərli 1966-cı il martın 7-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Xətai rayonundakı 27 nömrəli orta məktəbə gedib, amma atasının iş yerinin dəyişməsi ilə əlaqədar o, təhsilini Daşkənddə davam etdirməli olub. Hikmət 1982-ci ildə yenidən Bakıya qayıdıb.

1984-cü ildə hərbi xidmətə çağırılaraq Gürcüstan Respublikasının Duşeti şəhərindəki kəşfiyyat məktəbinə göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olub. Sonra Hikmət Azərbaycanın bir vətənpərvər oğlu kimi erməni təcavüzünə etiraz edənlərin sırasında Şıx qəsəbəsində yaradılmış könüllülərdən ibarət müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ildə Ağdam istiqamətində cəbhəyə yola düşüb.

Xocalı yolunda idarə etdiyi maşınla düşmənin qarşısında maneə yaradaraq vətəndaşları təhlükəsiz yerə çıxarıb. Son məqamda bir neçə döyüşçü yoldaşı ilə meşəyə çəkilib.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 nömrəli Fərmanı ilə Nəzərli Hikmət Baba oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

NƏSİBOV KAMİL BALƏDƏ OĞLU

Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta təhsilini rayonun Minkənd kəndində bitirib və elə həmin il ordu sıralarına hərbi xidmətə göndərilib. Üç ildən sonra Silahlı Qüvvələrdən tərxis olunub. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Ali təhsilini başa vurduqdan sonra Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilib.

Laçın ermənilərin hücumuna məruz qalanda rayonu müdafiə etmək üçün 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradıb. Dəstə onun rəhbərliyi altında Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdırı kəndlərinin düşməndən təmizlənməsində böyük xidmətlər göstərib. Rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində igidlik göstərib.

29 iyun 1992-ci il “Qonaqgörməz” yüksəkliyi uğrunda gedən döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gəlib və aldığı ağır yaradan həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

ÇİNGİZ SALMAN OĞLU QURBANOV

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin “Optotexnika” ixtisasına daxil olub, 2016-cı ildə universitetin məzunu olub.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da qəhrəmancasına şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək şəhid olub. Bütün beynəlxalq normaları pozan ermənilər 2017-ci il fevralın 5-də Çingizin nəşini Azərbaycan tərəfinə təhvil verib.

2017-ci ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.