Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da inzibati işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

AzTU-da inzibati işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2023-10-05
616

AzTU-da inzibati işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Əmək funksiyaları:

Universitet daxili şöbəyə aid icra olunan işlərin fəaliyyətini izləyib və şöbədaxili paylaşılmasını təmin etmək;  

Universitetin struktur bölmələrinin müvafiq inzibati işlər üzrə fəaliyyətlərinin təşkilini və əlaqədar kommunikasiyanın qurulmasını təmin etmək;

Şöbənin öhdəliyində olan digər işlərin vaxtında və keyfiyyətli şəkildə icrası üçün şöbənin digər əməkdaşlarının işlərinə köməklik göstərmək, ehtiyac olduğu təqdirdə komanda üzvlərini əvəz etmək;

 Sənəd dövriyyəsi üzrə xidməti məktubların, əmrlərin və digər bu növ sənədlərin layihələrinin hazırlanmasını təmin etməkı

 Layihələrin idarə olunması və layihə koordinatorlarını əlaqələndirmə işinin aparılmasını təmin etmək;

 Şöbə üzrə digər aidiyyətı işlərin icrasında iştirak etmək.

 Tələblər:

 Menecment ixtisası üzrə ali təhsil (Bakalavr, magistr);

Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;

Dil bilikləri: Rus, ingilis və s. dillərində ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

Ms Office və s. (əgər varsa) proqramlar üzrə biliklər;

Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, analitik düşünmə.

 Maaş: 500 AZN (Gross)

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az,  aynura.ismayilova@aztu.edu.az  elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.