Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsi üzrə vakansiya elan edilir

AzTU-da Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsi üzrə vakansiya elan edilir

2023-10-06
574

AzTU-da Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsi üzrə vakansiya elan edilir.

Tələblər:

Ali təhsil (Magistr təhsili);

Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

Dil bilikləri: İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı

Ms Office, xüsusi ilə Excel proqramında işləmək bacarığı (Database və statistik məlumatların emalı (SPSS) proqramları üzrə istifadə bacarığı üstünlük olaraq qəbul ediləcəkdir)

Keyfiyyət təminatı üzrə beynəlxalq standartlar və bu sahədə yerli şərait barədə məlumat;

Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;

Azərbaycan Respublikasının Elm və Təhsil haqqında Qanunları; ölkənin strateji inkişaf proritetlərinin və qanunvercilik bazası, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatları(ESG), Bolonya prosesi, Avropa Kredit Köçürməsi Sistemi(ECTS) və Avropa Təhsil Sisteminə aid digər normativ sənədlər haqqında biliklər

Əmək funksiyaları:

Universitetin keyfiyyət təminatına və inkişafına yönəlmiş strategiyaların, siyasətlərin və prosedurların formalaşdırılmasına və icrası ilə əlaqəli işlərin təşkilinə koordinasiya edir.

Keyfiyyət siyasətləri, prosedurları və standartları daxili və xarici maraqlı tərəflərlə əlaqələndirməni təmin edir;

Universitetin strateji inkişaf planına uyğun olaraq strukturun əsas funksiyaları daxilində keyfiyyət təminatı ilə əlaqəli inkişafa təşviq edir;

Tədrisin keyfiyyətinin təminatı, yüksəldilməsi və inkişafı üçün təkliflər hazırlayır və icrasını təmin edir

Universitetin daxili keyfiyyətin təminatı üzrə meyarların hazırlanmasını və bu meyarlar əsasında toplanan nəticələri təhlil edilməsini həyata keçirir

Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkminləşdirilməsi istiqamətində təkliflər hazırlayır

Tədris proseslərinin təkmilləşdirilməsi məqsədilə akademik tədqiqat fəaliyyətlərinin həyata keçirilməsinə köməklik göstərir

Tədrisin keyfiyyətinin, eyni zamanda digər struktur bölmələrin keyfiyyət göstəricilərinin yüksəldilməsi, inkişaf konsepsiyalarının həyata keçirilməsi və strateji hədəflərin icrası üçün hesabatlılığın təmin olunması üzrə rektor və Elmi Şuraya təkliflər verir;

Aparılmış sistemli analiz əsasında tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir;

Keyfiyyətin təminatı və tədrisin məzmunu haqqında təlimlər təşkil edir

Ali təhsil pilləsi üzrə institusional və proqram Akkreditasiya Meyarları əsasında şöbələrin hesabatlılığının formalaşmasına nəzarət edir;

İnstitusional və ya proqram akkreditasiya qiymətləndirilməsi zamanı Təşkilat Komissiyasının fəaliyyətinə və özünütəhlilin aparılması prosesinə dəstək göstərir;

Akkreditasiyaların nəticəsi olaraq hazırlanan Yekun Hesabatlarda qeyd olunan çatışmazlıqların aradan qaldırılmasına və tövsiyələrin icrası vəziyyətini haqqında hesabatlılığı təmin edir;

Universitet daxili özünütəhlil və ya qiymətləndirməni təşkil edir, uyğunsuzluqların təhlilini aparır və aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlayır, nəticələrinə dair rektora və Elmi şuraya hesabat verir; 

Maaş: Razılaşma yolu ilə.

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.