Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-ya qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

AzTU-ya qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

2022-08-16
265
Bu gündən avqustun 28-dək Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi həyata keçiriləcək. AzTU-da tələbə qəbulu 7 fakültə üzrə həyata keçirilir. Fakültələr və ixtisasları sizə təqdim edirik: 1. Nəqliyyat və logistika fakültəsi ·  Logistika və nəqliyyat texnologiyalari mühəndisliyi ·  Nəqliyyat mühəndisliyi ·  Nəqliyyatda servis 2. Energetika və avtomatika fakültəsi ·  Elektrik və elektronika mühəndisliyi ·  Energetika mühəndisliyi ·  Mühəndis fizikası ·  Proseslərin avtomatlaşdırılması mühəndisliyi 3. Metallurgiya və materialşünaslıq fakültəsi ·  Ekologiya mühəndisliyi ·  Həyat fəaliyyətinin təhlükəsliyi mühəndisliyi ·  Kimya mühəndisliyi ·  Materiallar mühəndisliyi ·  Mədən mühəndisliyi ·  Metallurgiya mühəndisliyi 4. Maşınqayırma və robototexnika fakültəsi ·  Cihaz mühəndisliyi ·  Maşın mühəndisliyi. ·  Mexanika mühəndisliyi ·  Mexatronika və robototexnika mühəndisliyi ·  Qida mühəndisliyi ·  Sənaye mühəndisliyi 5. İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi ·  Kompüter elmləri ·  İnformasiya təhlükəsizliyi ·  İnformasiya texnologiyaları ·  Kompüter mühəndisliyi ·  Radiotexnika və telekommunikasiya mühəndisliyi 6. Xüsusi texnika və texnologiya fakültəsi ·  Hərbi kompozisiya materialları mühəndisliyi ·  Hərbi rabitə vasitələri mühəndisliyi ·  Optotexnika mühəndisliyi ·  Pirotexniki və partladıcı vasitələr mühəndisliyi ·  Silah və silah sistemləri mühəndisliyi ·  Aerokosmik mühəndislik 7. İqtisadiyyat və idarəetmə fakültəsi ·  Beynəlxalq ticarət və logistika ·  Biznesin idarə edilməsi ·  İqtisadiyyat ·  Marketinq ·  Menecment ·  Statistika Qeyd edək ki, “Abituriyent” jurnalının 4-cü nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında AzTU-da ödənişsiz fəaliyyət göstərən qərargaha müraciət edə bilərlər. Qərargah həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.