Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində İtaliyada bir semestr təhsil almaq istəyən tələbələrin nəzərinə!

“Erasmus+” çərçivəsində İtaliyada bir semestr təhsil almaq istəyən tələbələrin nəzərinə!

2023-09-29
679

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri İtaliyanın Sapienza Universitetinin “Erasmus+ KA171” çərçivəsində elan etdiyi təqaüd proqramında iştirak edə bilərlər.

Proqrama əsasən tələbələr Sapienza Universitetində təqaüdlə bir semestr təhsil ala bilərlər. Mübadilə 2023/2024-cü tədris ilinin yaz semestri üçün nəzərdə tutulub.

Qeyd edək ki, Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla nəzər sala bilərsiniz: 

İxtisasınızın və fənlərinizin (tədris planındakı fənlərlə linkdəki fənlərin) uyğunluğunu yoxladıqdan və fakültənizlə razılaşdırdıqdan sonra müraciət etməyiniz xahiş olunur.

Müraciət üçün tələblər:

· 2-ci və ya 3-cü kurs bakalavr tələbəsi olması

· Ərizə forması (Application Form)

· Transkript (orta bal minimum 75)

· Dil biliyi (ingilis, italyan dili, minimum B2 səviyyədə)

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən lazımi sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 09.10.2023

Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)

E-poçt: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48