Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Kitabxana İnformasiya Mərkəzinin Dövriyyə xidmətləri şöbəsinə baş mütəxəssis vəzifəsinə işə qəbul elan olunur

Kitabxana İnformasiya Mərkəzinin Dövriyyə xidmətləri şöbəsinə baş mütəxəssis vəzifəsinə işə qəbul elan olunur

2023-10-04
275

Azərbaycan Texniki Universitetinin (AzTU)  Kitabxana İnformasiya Mərkəzinin (KİM) Dövriyyə xidmətləri şöbəsinə baş mütəxəssis vəzifəsinə işə qəbul elan olunur.

 Tələblər:

 

· Kitabxana sahəsi üzrə ali təhsil;

· Kitabxana sistemlərində işləmək bacarığı (xüsusilə dövriyyə xidmətləri üzrə modulda işləmək bacarığı);

· Xidmətin metod və üsullarından xəbərdar olmaq;

· Kitabxana istifadəçilərindən və digər akademik heyətdən gələn istək və sorğuları cavablandırmaq bacarığı;

· Dəqiq işləmək və detallara diqqət yetirmək bacarığı;

· Komandada işləmək bacarığı;

· Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı;

· Çevik yanaşma və digər şöbələrlə kommunikasiya qurmaq bacarığı;

· Dil bilikləri: Rus, ingilis dillərində danışmaq və yazmaq bacaığı.

Vəzifə öhdəlikləri:

 

• Universitetin kitabxana üzrə hüquqi sənədlərinə və prosedurlarına riayət edərək, oxuculara dövriyyə masasında səmərəli şəkildə və nəzakətli xidmət göstərmək;

• İnformasiya istifadəçilərinin suallarını cavablandırmaq və sorğu olunan vəsaitlərin onlara çatdırılmasını təmin etmək;

• Fakültələrlə birlikdə kurs ehtiyatları kolleksiyasını formalaşdırmaq;

• Kitabxana fondunun kolleksiyalar və Konqres Kitabxanası təsnifatı üzrə düzülərək formalaşdırlmasını təmin etmək.

Maraqlanan şəxslərdən CV-lərini hr@aztu.edu.az və library.services@aztu.edu.az elektron ünvanlarına göndərmələri xahiş olunur.

 

Müraciət üçün son tarix: 11.10.2023