Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Almaniyanın AQAS təşkilatının direktor müavini AzTU-da olub

Almaniyanın AQAS təşkilatının direktor müavini AzTU-da olub

25.05.2023     335     AzTU

Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) direktor müavini Ronny Heintze Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.  

Görüş zamanı AzTU haqqında qonağa ətraflı məlumat verən rektor Vilayət Vəliyev beynəlxalq akkreditasiyanın ali təhsil müəssisələrinin tanınmasında, həmçinin tədris və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilində rolundan danışıb.

Ronny Heintze təmsil etdiyi təşkilatın beynəlxalq akkreditasiya sahəsindəki fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır.

Görüşdə AQAS tərəfindən AzTU-da bakalavriat və magistratura səviyyələri üzrə proqram akkreditasiyası sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.


Related news