Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU basketbol komandası Türkmənistan təmsilçilərinə qalib gəldi - VIDEO

AzTU basketbol komandası Türkmənistan təmsilçilərinə qalib gəldi - VIDEO

11.05.2023     262     AzTU

Mayın 11-də "Sərhədçi" İdman Olimpiya  Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin açılış mərasimi keçirilib.

Açılış mərasimindən sonra turnirin qrup mərhələsində 4 oyun keçirilib. AzTU (Azərbaycan) və TTK (Türkmənistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 74-73 hesabı ilə Türkmənistan təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub.

Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz.

Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Related news