Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Scopus” və “ScienceDirect” bazalarından istifadə ilə bağlı təlim keçirilib

AzTU-da “Scopus” və “ScienceDirect” bazalarından istifadə ilə bağlı təlim keçirilib

20.10.2023     290     AzTU

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elsevier” şirkəti tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün “Scopus” və “ScienceDirect” bazalarından istifadə ilə bağlı təlim keçirilib.

Əvvəlcə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov təlimin mahiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra “Elsevier” şirkətinin nümayəndəsi Kirill İvanov “Scopus” və “ScienceDirect” bazalarından istifadə ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb. Təlimdə “Özünü qiymətləndirmə, hədəf müəyyən etmə və uzun müddətli planlaşdırma”, “Data əsaslı qərar qəbuletmə”, “Tədqiqat infrastrukturunun inkişafı üçün potensialın yaradılması”, “Akademik heyət və tədqiqatçılar üçün baza kompetensiyaları” və digər mövzularda iştirakçılara ətraflı məlumat verilib.


Related news