Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib

AzTU-da şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib

26.09.2022     318     AzTU

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsi anılıb, onlarla bağlı xatirələrdən danışılıb. AzTU-nun tələbələri arasında vətənpərvərlik hisslərinin hər zaman yüksək olduğunu deyən rektor Vilayət Vəliyev bildirib ki, universitetin tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor deyib ki, AzTU-da şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların gənc nəslə daha yaxından tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. O da bildirilib ki, şəhidlərin əziz xatirəsi qəlblərdə əbədi olaraq yaşayacaq.

Şəhid tələbə və məzunların ailə üzvləri görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər.


Related news