Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da universitetdən xaric olunan bir qrup tələbə bərpa olundu

AzTU-da universitetdən xaric olunan bir qrup tələbə bərpa olundu

08.02.2017     332     Archieve

Azərbaycan Texniki Universitetində (AzTU) müxtəlif səbəblərə görə universitetdən xaric olunan bəzi tələbələr bərpa komissiyasına ərizə ilə müraciət ediblər. Bir qrup tələbə isə təhsil formasını dəyişmək üçün müraciət edib.

Komissiyada hər iki qrupdan olan tələbələrin müraciətinə baxılaraq onlarla fərdi söhbət aparılıb.

Universitetdən xaric olunan tələbələrdən təhsilini davam etdirmək üçün potensialı olanların, hərbi xidmətdən möhlət hüququ almış və ya həqiqi hərbi xidmət keçmiş oğlanların müraciəti bərpa komissiyası tərəfindən müsbət qiymətləndirilib.

Təhsil formasını dəyişmək istəyən tələbələrlə də eyni şəkildə komissiya tərəfindən müsahibə aparıldıqdan sonra uyğunluq və prasedur nəzərə alınaraq təhsil formasını dəyişmələrinə icazə verilib.

Sonda AzTU-nun rektor əvəzi Xalıq Yahudov ərizəsinə baxılan bütün tələbələrə uğurlar arzulayaraq əvvəllər yol verdikləri nöqsanları aradan qaldırmağı və dərslərində diqqətli olmağı tövsiyə edib.  

    

     




Related news