Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşı ECAR layihəsi çərçivəsində təşkil edilən təlimi uğurla başa vurub

AzTU əməkdaşı ECAR layihəsi çərçivəsində təşkil edilən təlimi uğurla başa vurub

03.07.2023     295     AzTU

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" təlim proqramı üzrə sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan HR İnstitutunun dəstəyilə təşkil edilən təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak edib. Məqsəd ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub.
Təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resurları ilə iş şöbəsinin müdiri Rəna Hətəmova iştirak edib.

Çıxış edən ali təhsil müəssisələrinin nümayəndələri təlimdə şəxsi və peşəkar inkişaf baxımından faydalı məlumatlar əldə etdiklərini qeyd ediblər. Sonda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikat təqdim olunub.


Related news