Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində İtaliyada səfərdə olublar

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində İtaliyada səfərdə olublar

19.03.2024     270     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda  institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində İtaliyanın L’Aquila Universitetinə səfər həyata keçirilib.

Səfər çərçivəsində L’Aquila Universitetinin Akademik Kitabxanasının rəhbərliyinin keçirdiyi təlimlərdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, kitabxana sitemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil ediblər.

Təlimlərdə İtaliya universitetlərində “Açıq elm” və “Açıq əlyetərlilik” təşəbbüslərinin həyata keçirilməsi, L’Aquila Universiteti kitabxanasının bu sahədə fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

Həmçinin universitet kitabxanasının rəqəmsal repozitoriyası, onun texniki infrastrukturu və idarəetmə paneli, metaverilənlərin beynəlxalq standartlar və protokollar çərçivəsində idarə olunması ilə bağlı sessiyalar da təşkil edilib. Bundan başqa, layihə üçün repozitoriya sisteminin seçimi və infrastrukturunun qurulması, sistemin tətbiqi zamanı beynəlxalq protokol və standartlardan istifadə və metadatanın formalaşdırılması istiqamətlərində müzakirələr aparılıb.

Proqram çərçivəsində iştirakçılar həm də universitetin humanitar elmlər və mühəndislik elmləri korpuslarının kitabxanalarını ziyarət ediblər.

Sonda iştirakçılara sertifikat təqdim olunub.


Related news