Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak ediblər

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak ediblər

21.11.2023     281     AzTU

“Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutuna səfər təşkil olunub.

Səfər çərçivəsində keçirilən təlimlərdə Azərbaycan Texniki Universitetini (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM ) direktoru Xəyalə Hacıyeva və  kitabxana sitemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil edib.

Təlimlərdə İzmir Yüksək Texnologiya İnstitutunun institusional rəqəmsal repozitariyası olan GCRİS elektron arxiv sistemi, onun texniki infrastrukturu, idarəetmə paneli, metaverilənlərin sistemə daxil edilməsi standartları və digər mövzularda məruzələr dinlənilib. Bundan başqa, repozitariyaların qurulması, metadatanın formalaşdırılması istiqamətində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Səfər çərçivəsində iştirakçıların İzmir Yüksək Texnologiya İnstitutunun rektoru professor Yusuf Baranla görüşü olub.


Related news