Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ilə Bahçeşehir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Bahçeşehir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

23.05.2023     328     AzTU

Türkiyənin Bahçeşehir Universitetinin rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Görüş zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və yeniliklər barədə məlumat veriblər. Həmçinin AzTU ilə Bahçeşehir Universiteti arasında müvafiq sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sonra hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

 


Related news