Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

15.03.2024     276     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar.

Memoranduma əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyalar fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub.

Tərəflər həmçinin innovativ layihələrin hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər.


Related news