Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun mətbuat katibi BDU tələbələrinə təlim keçib

AzTU-nun mətbuat katibi BDU tələbələrinə təlim keçib

27.10.2023     371     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Sevinc İsgəndərova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin ikinci kurs tələbələrinə “İctimaiyyətlə əlaqələrin təşkili və mətbuat xidmətlərinin fəaliyyəti” mövzusunda təlim keçib.

Təlimdə ictimaiyyətlə əlaqələrin mahiyyəti, idarə edilməsi, reklam və ictimaiyyətlə əlaqələrin fərqli cəhətləri, mətbuat xidmətlərinin fəaliyyəti, mətbuat katibinin funksiyası, məsuliyyəti ilə bağlı tələbələrə ətraflı məlumatlar verilib.   

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.   


Related news